Slot bir gecədə 2 dəfə tarix yazıb
24.10.2024 - 18:56

İngiltərə Premyer Liqası klublarından “Liverpul”un baş məşqçisi Arne Slot bir ilkə imza atıb.
Apasport.az xəbər verir ki, " Liverpul" Çempionlar Liqasında yoluna itkisiz davam edir.
Dünən səfərdə Bundesliqa təmsilçisi “Leypsiq”i 1:0 hesabı ilə üstələyən komanda bu mövsüm çıxdığı 12 qarşılaşmanın 11-də meydanı qalib tərk edib.
Bundan başqa mersisaydlılar ardıcıl 6 səfər matçında qələbə qazanıb. Bu nəticələrlə Slot və futbolçuları klub tarixinə düşüblər.
Qeyd edək ki, "Qırmızılar" bu mövsüm tək məğlubiyyətini "Nottingem Forest"dən alıb .
0
0