Alkantara futbolçu karyerasını başa çatdıra bilər
25.05.2024 - 12:59
Alkantara futbolçu karyerasını başa çatdıra bilər

"Liverpul"un və "Bavariya"nın sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara peşəkar karyerasını başa vura bilər.

Apasport.az "Diario AS"a istinadla məlumat verir ki, Kataloniya "Barselona"sının yeni baş məşqçisi Hans-Diter Flik 33 yaşlı ispaniyalını onun köməkçisi olmağa dəvət edib.

Xatırladaq ki, Alkantara vaxtilə “Bavariya”da Flikin rəhbərliyi altında çalışıb. 

İngiltərə Premyer Liqasının cari mövsümündə Alkantara müxtəlif zədələr səbəbindən cəmi bir matça çıxıb. 

0