“Real”ın gəncləri üçün Almaniya variantı
08.03.2025 - 12:14
“Real”ın gəncləri üçün Almaniya variantı

"Real"da ayrılıqlar yaşana bilər.

Apasport.az xəbər verir ki, Arda Güler və Endrik komandanı tərk etməyə yaxındır.

Onlar daha çox oyun şansı qazana biləcəkləri kluba keçmək istəyirlər.

Futbolçuların Almaniya Bundesliqasında çıxış etmək ehtimalı var. "Leyptsiq" onları icarəyə götürməyə çalışır.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan, Endriki isə "Palmeyras"dan transfer edib.