Destin durumuna aydınlıq gəldi
08.03.2025 - 13:58

Serjinyo Destin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, PSV-nin müdafiəçisi zədəsini sağaltmaq üzrədir.
O, hazırda bərpa prosesi keçir.
Futbolçunun yaxın zamanda yaşıl meydanlara qayıdacağı gözlənilir. Hətta onun komanda ilə məşqlərə başladığı da bildirilib.
Qeyd edək ki, Dest ötən ilin aprelində zədələnib. Onun çapraz bağları yırtılıb.
0
0