Lunin “Mançester Yunayted”in hədəfində
08.03.2025 - 12:57
Lunin “Mançester Yunayted”in hədəfində

"Real"da ayrılıq yaşana bilər.

Apasport.az xəbər verir ki, Andrey Luninin komandanı tərk etmək variantı var.

O, karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Qapıçı ilə "Mançester Yunayted" yaxından maraqlanır.

"Qırmızı şeytanlar" qolkiperi yayda heyətinə qatmağı planlaşdırır.

"Mançester Yunayted" Lunin üçün 40 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Real" Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib.