Ançelotti Mbappe və Vinisiusdan narazıdır
05.03.2025 - 12:32
Ançelotti Mbappe və Vinisiusdan narazıdır

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə oyunu dəyərləndirib. 

Apasport.az xəbər verir ki, təcrübəli baş məşqçi ilk oyunda ulduz hücumçular - Vinisius Junior və Kilian Mbappenin çıxışından narazı qalıb: 

“Atletiko”nun müdafiəçiləri ilə qarşılaşmaq asan məsələ deyil. Vinisius və Mbappe mübarizə aparsalar da, heç adi səviyyələrini də göstərmədilər. Görək, qarşıdakı cavab oyunu necə keçəcək”.

Qeyd edək ki, Madrid derbisi “Santyaqo Bernabeu” stadionunda baş tutub və “Los Blankos”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu martın 13-də baş tutacaq.