
İngiltərə Premyer Liqası təmsilçilərindən "Aston Villa" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Portu"da çıxış edən Samu Omorodion ilə yaxından maraqlanır.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Portuqaliya təmsilçisi 21 yaşlı forvard üçün 50 milyon avro tələb edir.
Premyer Liqa klubunun baş məşqçisi Unay Emeri hücumçunu bəyənir və komandanın oyun stilinə uyğun olacağına inanır.
Xatırladaq ki, "Portu" Samunu ötən ilin avqustunda "Atletiko Madrid"dən 20 milyon avro qarşılığında heyətinə qatmışdı.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 40 rəsmi matçda 24 qol, 3 assistlə yadda qalıb.