"Atalanta"da gözlənilən ayrılıq
15.10.2024 - 11:58
"Atalanta"da gözlənilən ayrılıq

"Atalanta"da gözlənilən ayrılıq baş verməyə yaxındır.

Apasport.az xəbər verir ki, Ademola Lukman qışda klubdan ayrıla bilər.

Futbolçu ilə PSJ və bir neçə Avropa nəhəngi yaxından maraqlanır. Berqamolular da oyunçunu satmağın əleyhinə deyillər. "Göy-qaralar" onun üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, 26 yaşlı Lukmanın müqaviləsi 2026-cı ildə qədərdir.

0