"Atletiko" "Bayer"in müdafiəçisini transfer edəcək
14.06.2025 - 08:53
"Atletiko" "Bayer"in müdafiəçisini transfer edəcək

"Bayer"in mərkəz müdafiəçisi Pyero İnkapi "Atletiko Madrid"ə keçə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu La Liqa klubuna qoşulmaq qərarına gəlib.

Tərəflər ekvadorlu futbolçunun transfer detallarını hələki razılaşdıra bilməyiblər. 

İnkapi 2021-ci ildən “Bayer”də çıxış edir. Ötən mövsüm mərkəz müdafiəçisi “əczaçılar”ın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" futbolçunun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.