"Atletiko"da ayrılıq
05.05.2024 - 20:49

Müdafiəçi Mario Hermoso bu yay "Atletiko"dan ayrılmağa yaxındır.
Apasport.az xəbər verir ki, futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. Müdafiəçi üçün La Liqa, Premyer Liqa və A Seriya klublarının mübarizə apardığı bildirilir.
Cari mövsüm 28 yaşlı oyunçu İspaniya çempionatında keçirdiyi 27 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0