“Barselona” ukraynalı oyunçu ilə maraqlanır
04.12.2024 - 14:38

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik yanvarda komandasını dəyişə bilər.
Apasport.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Barselona” ukraynalı oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır.
Kataloniya klubu Mudriki mövsümün sonuna qədər icarəyə götürməyə hazırdır. “Çelsi” onu göndərmək üçün oxşar variantı nəzərdən keçirə bilər.
23 yaşlı futbolçu London komandasının sıralarına “Şaxtyor”dan qoşulub. O, cari mövsümdə “Çelsi”nin heyətində 16 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0