"Barselona" Xavi ilə yollarını ayırır
23.05.2024 - 14:41
Xavi Hernandez

İspaniyanın “Barselona” komandası baş məşqçi Xavi Hernandezlə bağlı qərarını verib.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya klubu 44 yaşlı mütəxəssislə yollarını ayıracaq. 

İspaniya klubu almaniyalı Hans-Diter Fliklə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Xavi Hernandez 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. 

0