“Barselona”nın de Yonq planı
15.10.2024 - 23:23
“Barselona”nın de Yonq planı

"Barselona"da ayrılıq baş verə bilər.

Apasport.az xəbər verir ki, klub Frenki de Yonqu satmağa hazırdır. 

27 yaşlı futbolçu kataloniyalılarla müqaviləni gələn yaya qədər uzatmasa, satışa çıxarılacaq.

La Liqa təmsilçisi 2023-cü ilin sonunda de Yonqa müqavilə təklifi edib. Lakin hələ də cavab almayıb.

0