“Bavariya” – “Real” oyununun hakimləri müəyyənləşib
30.04.2024 - 00:00

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, görüşü fransalı Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj köməklik göstərəcək. 4-cü hakim funksiyasınş isveçrəli Sandro Şerer yerinə yetirəcək.
Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0