"Bavariya"da yeni müqavilə
29.07.2025 - 14:21
"Bavariya"da yeni müqavilə

"Bavariya" futbolçusu Sven Ulrexlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub qolkiperlə müqviləni yeniləyib.

Bunu Münhen təmsilçisinin mətbuat xidməti açıqlayıb.

37 yaşlı qapıçı ilə sözləşmə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Ulrex 2015-ci ildə "Ştutqart"dan "Bavariya"ya keçib.