“Bavariya”nın futbolçusu “Yunayted”in radarında
27.10.2025 - 21:17
“Bavariya”nın futbolçusu “Yunayted”in radarında

“Bavariya”ın gənc üzvü Aleksandar Pavloviç karyerasını İngiltərədə davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, “Mançester Yunayted” futbolçu ilə yaxından maraqlanır.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Münhen klubu 21 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir. 

Qeyd edək ki, Pavloviçin "Bavariya" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.