Bayrami tarixə düşdü - Ən erkən qol
16.06.2024 - 12:32
Bayrami tarixə düşdü - Ən erkən qol

Albaniya millisinin futbolçusu Nedim Bayrami Avropa çempionatlarının tarixinə düşüb.

Apasport.az xəbər verir ki, İtaliya ilə görüşün 22-ci saniyəsində fərqlənmiş 25 yaşlı yarımmüdafiəçi bununla da çempionatlar tarixinin ən erkən qoluna imza atmış olub.

Bayramidən əvvəl isə rekord Rusiya millisinin keçmiş forvardı Dmitri Kiriçenkoya məxsus idi.

Belə ki, o, AVRO-2004-də Yunanıstanla görüşün 65-ci saniyəsində fərqlənmişdi.

Qeyd edək ki, Bayraminin qol vurduğu matçda İtaliya daha sonra 2 qol vuraraq qalib gəlib. 

0