Bellingem La Liqada mövsümün oyunçusu seçilib
29.05.2024 - 09:13

"Real Madrid"in ingilis futbolçusu Cud Bellingem İspaniya La Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, 2023-2024 mövsümünün əvvəlində "Borussiya"dan "Real Madrid"ə transfer olunan Cud Bellingem göstərdiyi performansla komandasının çempionluğunda mühüm pay sahibi olub.
20 yaşlı yarımmüdafiəçi 28 matçda 19 qol vurub, 6 məhsuldar ötürmə edib. İlk mövsümündə La Liqa çempionluğu ilə yanaşı, İspaniya Superkubokunu da qazanıb.
0
0