“Benfika”nın müdafiəçisi Avropa nəhənglərinin hədəfində
14.10.2024 - 21:30
“Benfika”nın müdafiəçisi Avropa nəhənglərinin hədəfində

"Benfika"nın müdafiəçisi Alvaro Karreras komandanı tərk etməyə yaxındır.

Apasport.az xəbər verir ki, o, "Barselona" və "Real"ın maraq dairəsindədir. 

Futbolçunu "Liverpul" da heyətinə qatmaq istəyir. İngiltərə klubu 21 yaşlı sol cinah müdafiəçisi üçün "Benfika"ya təklif göndərəcək. 

Qeyd edək ki, "Benfika" Alvaro Karrerası mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. 

0