"Beşiktaş" 5 matçdan sonra meydandan 3 xalla ayrıldı
20.04.2024 - 10:03

Türkiyə Super Liqasında 33-cü tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun gününün yeganə qarşılaşmasında "Beşiktaş" "Ankaragücü"nü qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 18-ci dəqiqədə Ernest Muçi və 67-ci dəqiqədə Cekson Muleka vurub. Beləliklə, "qara-ağlar" 5 həftəlik qələbəsizlik seriyasına son qoyub. Komanda buna qədər 3 məğlubiyyət, 2 heç-heçə edib.
Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" 4-cü pillədə qərarlaşıb. "Ankaragücü" isə 37 xalla 13-cü yerdə qalıb.
0
0