"Beşiktaş"ın yeni hücumçu planı
15.04.2026 - 13:30
“Beşiktaş” heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, “qara qartallar” Rumıniyanın “Universiada” klubunun formasını geyinən Yovo Lukiçi transfer etməyi planlaşdırır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İstanbul təmsilçisi 27 yaşlı hücumçunun keçidi üçün Rumıniya klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Lukiç bu mövsüm “Universiada”nın heyətində keçirdiyi 34 rəsmi matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
0
0