Bravo "Barselona"ya qayıtmağa hazırdır
23.09.2024 - 18:43

"Barselona"nın sabiq qapıçısı Klaudio Bravo komandaya qayıtmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.
Çilili qolkiper klubun əsas qapıçısı Mark-Andre Ter Ştegenin zədələnməsindən sonra "mavi-qırmızılar"a səslənib. Bravo həmin boşluğu doldurmaq üçün karyerasını bərpa etməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, Klaudio 2014-17-ci illərdə "Barselona"nın şərəfini qoruyub.
0
0