Bundesliqadan A Seriyasına
13.06.2025 - 00:32
Bundesliqadan A Seriyasına

Almaniya Bundesliqası təmsilçilərindən “Borussiya Dortmund"un futbolçusu Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi “Milan”ın maraq dairəsindədir.

Bu barədə “Sky Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, A Seriyası klubu yeni idman direktoru İqli Tare 29 yaşlı oyunçunun transferi üçün danışıqlara başlayıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm "sarı-qaralar"ın heyətində 21 rəsmi matçda iştirak edib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.