Buskets qərarını verdi: KARYERASINI BAŞA VURUR
22.09.2025 - 13:38

Serxio Buskets gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, "İnter Mayami"nin yarımmüdafiəçisi karyerasını başa vurmaq niyyətindədir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Onun qərarını noyabr ayında açıqlayacağı bildirilir.
Qeyd edək ki, Buskets "Barselona" yetirməsidir. Onun aktivində 9 La Liqa, 7 Kopa Del Rey, 7 dəfə Superkuboku, 3 Çempionlar Liqası çempionluğu var. Serxio həmçinin İspaniya millisi ilə dünya və Avropa çempionu olub.
0
0