
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu uzun müddətdən sonra ilk dəfə penaltini qola çevirə bilməyib.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu "Napoli" ilə matçın (1:1) 74-cü dəqiqəsində penalti qazansa da, onun zərbəsi qeyri-dəqiq olub.
Çalhanoğlu "İnter"də çıxış etdiyi müddətdə ardıcıl 19 penaltini qola çevirə bilib. “Napoli” matçında buraxılan penalti Hakan üçün “İnter” karyerasında bir ilk olub.
Karyerası boyunca cəmi 35 penalti zərbəsi yerinə yetirən Çalhanoğlu onlardan 31-ni qola çevirərək, təxminən 88,57% uğur qazanıb.
Qeyd edək ki, cari mövsümdə Çalhanoğlu bütün turnirlərdə “neradzurri”nin heyətində 12 matçda 4 qol vurub.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?