Messi het-trik etdi, çempionatın bombardiri oldu
19.10.2025 - 14:22

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Neşvill“lə qarşılaşıb.
7 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 5:2.
Messi bu görüşdə het-trik edib. Bununla da o, 29 qolla çempionatın bombardiri adını qazanıb.
“İnter Mayami” müntəzəm mövsümü 65 xalla üçüncü sırada bitirib.
0
0