“Çelsi” fransalı müdafiəçini transfer etdi - RƏSMİ
09.06.2025 - 17:55
“Çelsi” fransalı müdafiəçini transfer etdi - RƏSMİ

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Strasburq"dan Mamadu Sarrı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Zadəganlar" 19 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 20 milyon avro təzminat ödəyib.

Gənc oyunçu ilə 2033-cü ilin yayına kimi nəzərdə turulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Strasburq" Mamadu Sarrı ötən ilin yayında "Lion"dan transfer etmişdi.

Fransalı futbolçu komandasının heyətində meydana çıxdığı 29 rəsmi matçda 11 məhsuldar ötürmə ilə yadda qalıb.