"Çelsi" Joao Feliks transferini bitirir
19.08.2024 - 21:33

Joao Feliks karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Portuqaliyalı hücumçunun yeni ünvanı "Çelsi" olacaq. O, ingilislərlə 6 illik müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, Feliksin transfer hüququ 2019-cu ildən bəri "Atletiko Madrid"ə məxsusdur.
0
0