"Çelsi" Poçettinonun gələcəyi ilə bağlı qərar verib
07.05.2024 - 15:21

London təmsilçilərindən "Çelsi" baş məşqçisi Maurisio Poçettino ilə bağlı qərar verib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Poçettinonun klubda qalma ehtimalı yüksəkdir.
Xatırladaq ki, Poçettino bu mövsüm "Çelsi"yə Liqa Kubokunun finalına və İngiltərə Kubokunun yarımfinalına çıxmasına da kömək edib.
Maurisionun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, "Çelsi" Premyer Liqanın cari mövsümündə 7-ci yerdədir.
0
0