"Çelsi" portuqaliyalı istedadı heyətinə qatıb
11.07.2024 - 10:45

“Çelsi” İsveçrənin “Bazel” klubundan 20 yaşlı Renatu Veyqanı transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
2003-cü il doğumlu portuqaliyalı istedadın ingilislərlə müqaviləsi 2032-ci ilə qədər qüvvədə olacaq.
“Bazel”in transferdən qazanacağı məbləğ isə 14 milyon avrodur.
Qeyd edək ki, yarımmüdafiəçi portuqaliyanın “Sportinq” klubunun yetirməsi hesab olunur.
0
0