"Çelsi" yeni transferini açıqlayıb
21.08.2024 - 16:51

İngiltərənin "Çelsi" klubu hücumçu Joao Feliksin transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, London təmsilçisi portuqaliyalı ilə 5 illik müqavilə bağlayıb.
Feliksin transfer hüququ "Atletiko Madrid"ə məxsus olsa da, ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.
O, katalonların heyətində meydana çıxdığı 44 matçda 10 qol vurmağı bacarıb.
0
0