"Çelsi"nin yarımmüdafiəçisi "Milan" yolunda
09.12.2024 - 15:34
"Çelsi"nin yarımmüdafiəçisi "Milan" yolunda

"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka İtaliya klubuna keçə bilər.

Apasport.az xəbər verir ki, "Milan" futbolçunun transferi ilə bağlı danışıqlar aparır.

İtaliya təmsilçisi yarımmüdafiəçini 6 aylıq icarəyə götürmək istəyir. Müqaviləyə mövsüm sonunda futbolçunun satınalma variantı da daxil olacaq.

21 yaşlı ingilis bu mövsüm "Çelsi"nin cəmi 4 matçında iştirak edib.

Çukvuemekanın London klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Onun transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir. Çukvuemeka ötən mövsümə "Çelsi"nin əsas oyunçusu kimi başlamışdı, lakin dizindən aldığı bir sıra zədələr yarımmüdafiəçinin komandada möhkəmlənməsinə mane oldu.

0