Dünya çempionu “Mançester Yunayted” yolunda
13.10.2024 - 15:35
Dünya çempionu “Mançester Yunayted” yolunda

“Atletiko”da ayrılıq baş verməyə yaxındır.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Rodriqo de Paul İngiltərəyə yollanmağa hazırlaşır.

O, “Mançester Yunayted”in hədəfindədir. Tərəflər arasında danışıqlar davam edir. “Qırmızı şeytanlar” Paul üçün 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqonun “Atletiko” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

0