Əl-Aynaui rəsmən "Roma"da
21.07.2025 - 16:15
Əl-Aynaui rəsmən "Roma"da

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu "canavarlar"ın mətbuat xidməti açıqlayıb.

İtaliya təmsilçisi Fransa "Lens"indən Neyl Əl-Aynauini transfer edib.

Tərəflər arasında imzalanan müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Futbolçu yeni klubunda 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əl-Aynaui "Lens"in heyətində bütün yarışlarda 130 oyun keçirib, 17 qol vurub.