"Əl-Hilal" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlar aparır
07.05.2025 - 09:18
"Əl-Hilal" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlar aparır

"Fulhem"in baş məşqçisi Marko Silva "Əl-Hilal"dan təklif alıb.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Marko Silvanı komandaya cəlb edəcək. 

İddialara görə, artıq tərəflər arasında danışıqlar gedir. 

Marko Silva 2021-ci ilin yayından “Fulhem”i çalışdırır.

Qeyd edək ki, mayın əvvəlində Jorje Jesus Səudiyyə Ərəbistanı komandasının rəhbəri vəzifəsini tərk edib.