"Əl-Nəsr"də ayrılıq: Duran komandanı tərk edir
12.06.2025 - 14:08
"Əl-Nəsr"də ayrılıq: Duran komandanı tərk edir

"Əl-Nəsr"də ayrılıq baş verəcək.

Apasport.az xəbər verir ki, Con Duran komandanı tərk edəcək.

O, şəxsi səbəblərdən klubdan ayrılmağı planlaşdırır.

Futbolçunun icarəyə göndəriləcəyi bildirilir. Duranın maaşı hazırda 22 milyon dollardır.

Qeyd edək ki, Con "Əl-Nəsr"ə "Aston Villa"dan transfer olunub.