“Əl-Nəsr”in Ronaldo planı
29.09.2024 - 17:21

“Əl-Nəsr” Kriştiano Ronaldo ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub onu heyətində saxlamaq niyyətindədir.
Hazırda tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. Cari sözləşmə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Superulduz DÇ-2026-da oynamaq niyyətindədir. Bu səbəbdən o, oyun praktikasını artırmağı planlaşdırır.
0
0