"Fənərbaxça" mərakeşli futbolçu ilə anlaşdı
04.07.2024 - 17:43
"Fənərbaxça" mərakeşli futbolçu ilə anlaşdı

Super Liqa təmsilçilərindən "Fənərbaxça" Mərakeş millisinin futbolçusu ilə anlaşıb. 

Apasport.az "CNN"ə istinadla xəbər verir ki, klub La Liqa təmsilçilərindən "Sevilya"nın futbolçusu Yusuf En-Nesri ilə razılıq əldə edib. 

İlkin məlumata görə, "sarı-lacivərdli"lər mərakeşli ulduz üçün 20 milyon avro ödəyəcəklər. 

27 yaşlı futbolçu 2020-ci ilin yanvarından "Sevilya"da forma geyinir. O daha öncə "Malaqa" və "Leqanes" kimi klublarda çıxış edib. 

Hücumçu bu mövsüm "Sevilya"nın heyətində 41 matça çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yusuf 2019/2020 və 2022/2023 mövsümlərində "Sevilya" ilə Avropa Liqasını qazanıb. 

0