“Fənərbaxça”lılara şad xəbər: Zədəsini sağaltdı
06.03.2025 - 14:55
“Fənərbaxça”lılara şad xəbər: Zədəsini sağaltdı

"Fənərbaxça"nın yeni transferi Dieqo Karlos zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.

Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçinin beynəlxalq fasilədən sonra meydana çıxacağı gözlənilir. 

31 yaşlı futbolçunun aprelin ilk həftəsində Kadıköydə keçiriləcək "Trabzonspor" matçında forma geyinmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, qış transfer dönəmində "Fənərbaxça"nın heyətinə qatılan Dieqo Karlos Türkiyə kubokunun "Ərzurumspor"la matçında zədələnmişdi.