“Fənər”in maraqlandığı oyunçu İngiltərə yolunda
14.08.2025 - 15:57

PSJ-nin futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Aston Villa” sabiq yarımmüdafiəçisini yenidən heyətinə qatmaq istəyir.
Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlara start verilib.
Xatırladaq ki, Türkiyə təmsilçilərindən "Fənərbaxça" da 29 yaşlı vingerlə yaxından maraqlanır.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Asensio ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, komandanın heyətində çıxış etdiyi 21 oyunda 8 qol vurub.
0
0