Fransa millisinin sabiq futbolçusuna həbs cəzası
12.11.2024 - 18:54
Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedder təcavüzdə ittiham olunub.
Apasport.az xəbər verir ki, bu gün onun məhkəmə prosesi baş tutub.
Məhkəmə futbolçunu 2 il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
O, hadisə qurbanına 6,5 min avro kompensasiya ödəyəcək. Ben Yedder həmçinin 5 min avro cərimə və 1,5 min avro məhkəmə xərclərini ödəməli olacaq. Pokuror oktyabrda 16-da iki il altı ay həbs cəzası istəyib, bunun 18 ayı şərti olacaq. 34 yaşlı futbolçu alkoqol asılılığından müalicə alır.
0
0