"Bavariya" "Sportinq"in futbolçusunu istəyir
13.11.2024 - 20:52
"Sportinq"in müdafiəçisi Usman Diomand komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun xidmətində "Bavariya" maraqlıdır.
Münhenlilər danışıqlara mövsümün sonunda başlayacaq. Portuqaliyalı klubu futbolçunu 50-60 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Sportinq" Diomandı "Midyullan"dan transfer edib.
0
0