Fransalı futbolçu Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
11.09.2025 - 15:06
Fransalı futbolçu Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

“Bornmut” futbolçusu Romen Fevr karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.

Apasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Əl-Taavun”a transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu bir illik icarə əsasında “Əl Taavun”da çıxış edəcək.

Qeyd edək ki, Romen daha əvvəl “Brest”, “Loryan” və “Lion” klublarında çıxış edib.