Fred Premyer Liqaya qayıda bilər
14.06.2025 - 11:23

İngiltərənin "Everton" klubu "Fənərbaxça"nın yarımmüdafiəçisi Fredlə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub əvvəllər “Mançester Yunayted”də çıxış etmiş 32 yaşlı braziliyalı yarımmüdafiəçini yaxından izləyirlər. Transfer bu yay baş tuta bilər.
2024/25 mövsümündə Fred bütün yarışlarda 45 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Fredin "Fənərbaxça" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
0
0