Futbolda yeni qayda: Qapıçı əlində topu çox saxlasa...
12.06.2025 - 11:08
Futbolda yeni qayda: Qapıçı əlində topu çox saxlasa...

UEFA "6 saniyə" qaydasını yeniləyib.

Apasport.az Bild nəşrinə istinadən xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.

Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.

Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.

Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.