
Türkiyə təmsilçilərindən “Beşiktaş”ın azarkeşləri UEFA Avropa Liqasının VII həftəsində baş tutacaq “Tvente” ilə səfər matçına buraxılmayacaq.
Apasport.az xəbər verir ki, Niderland təmsilçisi bu barədə "ağ-qaralar"ın vitse prezidentləri Mete Vardar və Onur Göçmezə rəsmi məktub göndərib.
Məktubda qeyd edilib ki, "Beşiktaş"ın keçmişdə Avropada oynadığı matçlarda azarkeşlərin davranışı səbəbilə "Tvente" - "Beşiktaş" qarşılaşmasında qonaqların fanatlarına yer ayrılmayıb.
İstanbul klub məsələ ilə bağlı UEFA-ya müraciət edib.
“Qartallar” "Tvente" ilə matçın başqa bir şəhərdə və ya Niderlanddan kənarda - başqa bir ölkədə keçirilməsini istəyir.
Qeyd edək ki, "Tvente" - "Beşiktaş" matçı yanvarın 30-u saat 00:00-da baş tutacaq.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb