İmmobile "Beşiktaş"da
12.07.2024 - 13:37

Türkiyə Super Liqa təmsilçilərindən "Beşiktaş" yeni mövsümə hazırlıq üçün transfer işlərini davam etdirir.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" daha bir ulduz futbolçunu heyətinə qatıb.
Belə ki, "Latsio"nun kapitanı Ciro İmmobile önümüzdəki 2 il ərzində "Beşiktaş" forması geyinəcək.
İtalyan ulduzu gətirən təyyarə artıq bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbula eniş edəcək.
Qeyd edək ki, Çiro ötən sezon “Latsio” forması ilə 43 oyuna çıxıb, 11 qol vurub, 1 qol ötürməsi edib.
0
0