İngiltərə millisinin üzvü "Ayaks"ı tərk edib
10.07.2025 - 17:17
İngiltərə millisinin üzvü "Ayaks"ı tərk edib

Niderlandın “Ayaks” klubunda ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Cordan Henderson komandadan ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 2026-cı ildə başa çatması nəzərdə tutulan müqaviləyə xitam verilib.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü Henderson ötən ilin yayında “Ayaks”a qoşulmuşdu.