“İnter”də ciddi itki
24.09.2024 - 23:41

"İnter"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçisi Nikolo Barella zədələnib.
O, bu səbəbdən 3 oyunu buraxacaq. Yarımmüdafiəçi İtaliya çempionatının "Milan"la oyununda (1:2) xəsarət alıb.
Barella "Udineze", "Srvena Zvezda" və "Torino" ilə matçlarda iştirak etməyəcək.
Qeyd edək ki, orta sahə oyunçusu komandaya beynəlxalq fasilədən sonra oktyabrda qatılacaq.
0
0