“İnter”in yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
09.06.2025 - 18:47

"İnter"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu posta Kristian Kivu gətirilib.
bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı mütəxəssislə 2027-ci ilin iyuluna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Kivu futbolçu kimi 2007-2014-cü illərdə "İnter"də çıxış edib.
0
0